Belarus və Şimali Koreya dostluq müqaviləsi imzalamağa hazırlaşır

Dünya

25.03.2026 11:03

Belarus və Şimali Koreya liderləri arasında dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq istiqamətləri hazırlanıb və bu sənəd liderlər tərəfindən imzalanacaq dostluq müqaviləsində əks olunacaq.

Rıjenkov qeyd edib ki, bu müqavilə əsasında Belarus və Şimali Koreya arasında nazirliklər və qurumlar səviyyəsində əməkdaşlıq genişləndiriləcək.

Bildirilib ki, səfər çərçivəsində ümumilikdə 10-a yaxın sazişin imzalanması nəzərdə tutulur.

Nazir vurğulayıb ki, Belarus yeni tərəfdaşlar axtarır və mövcud vəziyyət Minsklə Pxenyanı bir-birinə yaxınlaşdırır.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 25 mart tarixində Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə Pxenyana rəsmi səfərə gəlib.

Qiymət Mahir

tag: Belarus ,Şimali Koreya,Dostluq ,Lukaşenko ,TodayPress TV,