Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
11.10.2025 14:00 Dünya

Belarus Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı - Belarus Respublikası Prezidentinin göstərişi üzrə sınaq məqsədi ilə Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Bir sıra bölmələr tərəfindən onların döyüşə hazır vəziyyətə gətirilməsi, müəyyən edilmiş ərazilərə çıxarılması və əmrdə nəzərdə tutulan tədbirlərin görülməsi istiqamətində silsilə tədbirlər həyata keçiriləcəyi dəqiqləşib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər