BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başladı

BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başladı
29.04.2026 23:20 Dünya

Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşlarının əmlakının müsadirəsinə başlanıldığı iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu öz "Telegram" kanalında məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, BƏƏ-də bir qrup İran vətəndaşının saxlanılaraq daha sonra səhranın ortasında yerləşən ağır şəraitli həbsxanalara göndərilməsi barədə məlumatlar daxil olur.

Məlumatda həmçinin bildirilir ki, hökumət və ya Xarici İşlər Nazirliyi tərəfindən vəziyyətin araşdırılmasına yönəlmiş hər hansı cavab tədbiri görülməyib.

Qeyd olunub ki, xaricdə yaşayan İslam Respublikası vətəndaşlarının narahatlığı, eləcə də iki ölkə arasında gərginlik artmaqdadır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər