Baykalda faciə: Turistləri daşıyan UAZ buz yarığına düşdü
Dünya
28.01.2026 09:38
Rusiyanın İrkutsk vilayətinin Olxon rayonunda turistləri daşıyan UAZ markalı avtomobil Baykal gölündə buz yarığına düşərək aşıb. Hadisə nəticəsində bir qadın həlak olub.
TodayPress TV xəbər verir ki, İrkutsk vilayətinin prokurorluğunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan digər sərnişinlər ilkin məlumata əsasən xəsarət almayıblar.
Hadisənin səbəbləri və başvermə şəraiti polis əməkdaşları tərəfindən araşdırılır.
“SHOT” Telegram-kanalının yaydığı məlumata görə, avtomobildə Çindən olan turistlər olub və həlak olan qadın da Çin Xalq Respublikasının vətəndaşıdır. Qəzanın Olxon rayonunda, Baykal gölündə Xujir yaşayış məntəqəsindən təxminən bir kilometr aralıda, Kiçik Dəniz boğazı ərazisində baş verdiyi bildirilir. Jurnalistlərin məlumatına əsasən, hadisə nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri həyatını itirib.
Qiymət Mahir
tag: Rusiya,Olxon ,UAZ ,İrkutsk ,Todaypress.tv,
