Bayden bir il ərzində ölə bilər

Bayden bir il ərzində ölə bilər
22.05.2025 10:08 Dünya

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenə diaqnoz qoyulan metastatik prostat vəzi xərçəngi ilə bağlı proqnozlar məyusedicidir.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin sabiq həkimi və konqresmen Ronni Cekson “Washington Free Beacon” nəşrinə açıqlama verib.

Cekson Baydenin vəziyyətinin dördüncü mərhələyə çatdığını və xərçəngin sümük toxumasına metastaz verdiyini bildirib.

Onun sözlərinə görə, prezidentin şəxsi kabineti əvvəlcə bu şişi “kiçik düyün” kimi təqdim etsə də, sonradan bu, ciddi xərçəng forması kimi təsdiqlənib.

“Mən bir neçə urologla danışdım. Onların ümumi rəyinə görə, Baydenin ömrü 12–18 ay aralığında ola bilər” deyə Cekson vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər