Başqırdıstanda fərdi evdə yanğın - Üç uşaq öldü

Başqırdıstanda fərdi evdə yanğın -  Üç uşaq öldü
10.06.2025 06:56 Dünya

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

"Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib", - nazirlikdən bildirilib.

Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər