“Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı

“Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” -  Anna Hakobyan təhdidlərdən danışdı
30.07.2026 13:31 Dünya

Ermənistan Baş nazirinin xanımına qarşı təhdid iddiaları araşdırılır.

TodayPress TV xəbər verir ki, "Ermənistan İctimai Radio"su məlumat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın xanımı Anna Hakobyanın həyatına qarşı təhdidlər barədə daxil olan məlumatlar araşdırılır.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ hazırda araşdırma mərhələsindədir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş Prokurorluğu Anna Hakobyanın həyatına qarşı təhdidlər hiss etdiyini bildirdiyi açıqlamasına münasibət bildirib.

Son günlər Hakobyan sosial şəbəkələrdə ailədaxili zorakılığın pislənməsinə həsr olunan paylaşımlar və videolar yayımlayır. O, son videosunda bu mövzunu gündəmə gətirdikdən sonra həyatına qarşı təhdidlər hiss etdiyini qeyd edib.

“Ümid edirəm ki, dövlət qurumları belə halların qarşısını ala biləcək. Çünki baş nazirin xanımı zorakılığın qurbanı olarsa, bu, ölkənin nüfuzuna ciddi zərər vurar”, - deyə Anna Hakobyan bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər