Baş naziri cəzalandırmaq istədilər, xalq səsverməyə getmədi

Baş naziri cəzalandırmaq istədilər, xalq səsverməyə getmədi
05.07.2026 12:18 Dünya

Slovakiyada şənbə günü keçirilən referendum seçici fəallığının aşağı olması səbəbindən baş tutmamış hesab edilib.

TodayPress TV xəbər verir ki, referendumda Baş nazir Robert Fitsonun ömürlük dövlət ödənişlərindən məhrum edilməsi təklif olunurdu. Lakin yerli KİV-in məlumatına görə, səsvermədə seçicilərin cəmi 15 faizi iştirak edib.

Slovakiya qanunvericiliyinə əsasən, referendumun hüquqi qüvvəyə minməsi üçün səsvermədə seçki hüququ olan vətəndaşların 50 faizdən çoxunun iştirakı tələb olunur. Bu şərt yerinə yetirilmədiyi üçün referendum etibarsız sayılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər