Baş nazir Trampın Qrenlandiya iddiasını təkzib etdi

Dünya

29.01.2026 16:20

Danimarkanın Baş naziri Mette Frederiksen NATO ilə ABŞ arasında Qrenlandiya məsələsində razılaşmanın olduğunu təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Fransanın “France 2” telekanalına müsahibəsində məlumat verib.

Baş nazir ABŞ Prezidenti Donald Trampın Davosda Qrenlandiya məsələsində NATO ilə razılığa gəldiyi iddiası barədə suala cavab olaraq bildirib ki, bu, razılaşma deyil.

“Əslində dövlət suverendir. Onun sərhədlərinə və digər xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət edilməlidir. Əgər Qrenlandiyada hərbi vasitələrdən istifadə olunarsa, hər şey dayanacaq. Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri qurduğumuz hər şeyə zidd olardı", - deyə Frediksen vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Danimarka,Tramp,Qrenlandiya,Təkzib,Todaypress.tv,