Baqrat Qalstanyan həbs edildi
Ermənistanın müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Yerevanın ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.
TodayPress TV erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Ovanes Xudoyan açıqlayıb.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, iyunun 25-də Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarış aparıblar. Həmin gün ərzində 90-dan çox ünvanda əməliyyat keçirilib, 16 nəfər saxlanılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, onlar hakimiyyətin zorla ələ keçirilməsinə cəhd, terror aktlarına hazırlıq və kütləvi iğtişaşlar törətməkdə ittiham olunurlar.
Qiymət Mahir