Babiş Avropanı Putin və Trampla dialoqa çağırdı
Dünya
08.02.2026 18:30
Çexiyanın Baş naziri Andrey Babiş Avropa Birliyi liderlərini Ukraynadakı münaqişənin həlli məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TN.CZ" nəşri məlumat yayıb.
Məlumatda bir sıra avropalı siyasətçilərin ritorikasında dəyişiklik müşahidə olunduğunu qeyd edilib.
Babiş bildirib ki, Moskva ilə dialoq qurmaq üçün əvvəlki cəhdlər sərt tənqid olunub. O, Macarıstanın Baş naziri Viktor Orbanın Volodimir Zelenski və Vladimir Putinlə görüşlərini nümunə göstərərək vurğulayıb ki, atəşkəsə nail olmaq üçün Moskva ilə birbaşa əlaqələrin bərpası vacibdir.
Eyni zamanda, Çexiya hökumət başçısı Avropanın sülh prosesində təkbaşına həlledici rol oynaya biləcəyinə şübhə ilə yanaşıb. O, ABŞ Prezidenti Donald Trampı əsas oyunçu adlandıraraq qeyd edib ki, Vaşinqtonun iştirakı olmadan danışıqların effektivliyi mümkün deyil.
Baş nazirin sözlərinə görə, xarici müdaxilələr səbəbindən münaqişənin sülh yolu ilə həlli imkanı 2022-ci ilin yazında əldən verilib. O, Avropada uzanan böhrandan yorğunluğun artdığını və Rusiya ilə danışıqlara dəstəyin gücləndiyini də vurğulayıb.
Jalə Rövşən
tag: Andrey Babiş,Çexiya,Avropa Birliyi ,Ukrayna,Todaypress.tv,
