Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü
10.04.2026 21:10 Dünya

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Rusiyanın Türkiyədəki səfiri Segey Verşininlə görüşüb.

TodayPress TV  xəbər verir ki, R. Məmmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, S. Verşinin Azərbaycanın Türkiyədəki səfirliyində olub və R. Məmmədov həmkarına fəaliyyətində uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Verşinin daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Tunis, Yaxın Şərq və Şimali Afrikada rəsmi nümayəndəsi, Əlcəzairdə səfiri olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər