Azərbaycan Türkiyədən yeni hərbi təyyarələr alacaq

Dünya

05.01.2026 08:34

Azərbaycan Türkiyədən hərbi təlim təyyarələri almaq üçün danışıqlar aparır.

TodayPress TV  xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Məlumata görə, Türkiyənin nüfuzlu aviasiya şirkətlərindən olan "Turkish Aerospace Industries" (TAİ) Azərbaycanın Azərbaycana yeni nəsil təlim-tədris təyyarələri "Hürkuş-II"nin satışı üzrə müqavilənin bağlanmasına yaxınlaşıb. Bu barədə TAI-nin baş direktoru Mehmet Demiroğlu Yeni il müraciətində məlumat verib.

Müqavilə imzalanarsa, Azərbaycan kursantları ilkin mərhələdən sonra uçuş hazırlığını "Hürkuş-II" təyyarələrində davam etdirəcək. Bu, pilot hazırlığının Türkiyə modeli ilə uyğunlaşdırılmasına imkan verəcək. Növbəti mərhələdə Azərbaycan "Hürjet" reaktiv təlim təyyarəsi almağı da planlaşdırır.

Türkiyə şirkəti, həmçinin Azərbaycanın Su-25 hücum təyyarələrinin modernləşdirilməsi üzrə LACIN layihəsinin ikinci mərhələsinə başlayıb. Layihə çərçivəsində təyyarələrin avionikası tam yenilənəcək və rəqəmsal idarəetmə sisteminə keçid ediləcək. Su-25-lərin müasir yüksək dəqiqlikli silahlarla uyğunlaşdırılması nəzərdə tutulur.

Daha əvvəl aparılan sınaqlarda modernləşdirilmiş Su-25-dən uzaqmənzilli raketlərin buraxılışı uğurla həyata keçirilib.

TodayPress TV

tag: Azərbaycan, Türkiyə, Təyyarə, KİV, todaypress.tv,