Azadlıq Donanmasının deputatları vətənə qayıtdı

Azadlıq Donanmasının deputatları vətənə qayıtdı
10.10.2025 10:41 Dünya

İsrailin qanunsuz olaraq ələ keçirdiyi Azadlıq Donanması Koalisiyasına məxsus gəmidə olan deputatlar Türkiyəyə qayıdıb.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Dənizli millət vəkili Səma Silkin Ün, Bursa millət vəkili Mehmet Atmaca və Hatay millət vəkili Necmettin Çalışkan Azərbaycan Hava Yollarının təyyarəsi ilə İstanbul Hava Limanına gəlib.

Millət vəkilləri burada sağlamlıq müayinəsindən keçib və ifadələri alınmaq üçün Ədliyyə Tibb Qurumuna aparılıb. Deputatlar əvvəlcə Təl-Əvivin Ben Qurion hava limanından Bakı üzərinə uçmuşdular.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər