Avstraliya Darvin limanını geri almaq niyyətindədir

Dünya

28.01.2026 12:55

Avstraliyanın Baş naziri Entoni Albanizi ölkənin şimalındakı strateji Darvin limanının 99 illik icarə əsasında Çin şirkətinə verilməsinə son qoyularaq yenidən Avstraliya mülkiyyətinə qaytarılmasına sadiq olduqlarını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu açıqlama Çinin Kanberradakı səfirinin mümkün ticarət cavab tədbirləri ilə bağlı xəbərdarlığından sonra səsləndirilib.

Məlumata görə, Şimal Əraziləri hökuməti 2015-ci ildə Darvin limanını "Landbridge" adlı Çin şirkətinə 506 milyon Avstraliya dollarına satıb. Həmin qərar ABŞ tərəfindən ciddi tənqid olunmuşdu. Müqavilənin bağlanması ABŞ dəniz piyadalarının rotasiya əsasında Darvində yerləşdirilməsindən cəmi bir neçə il sonraya təsadüf etmişdi. Hazırda ABŞ və Avstraliya ölkənin şimalında ABŞ bombardmançılarını qəbul etmək üçün aviabazaların genişləndirilməsi üzərində birgə işləyir.

Qiymət Mahir

tag: Avstraliya,Entoni Albanizi,Darvin ,ABŞ ,Todaypress.tv,