Avropada sığınacaq istəyənlərin sayı azaldı

Avropada sığınacaq istəyənlərin sayı azaldı
14.09.2025 10:25 Dünya

2025-ci ilin birinci yarısında Avropa İttifaqı, İsveç və Norveçdə sığınacaq üçün müraciət edənlərin sayı 25 faiz azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqının Sığınacaq Agentliyi məlumat yayıb.

Agentlik bu azalmanı Suriyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə izah edib. Son 10 ildə Avropadan sığınacaq istəyənlərin arasında ilk yerdə suriyalılar gəlib. Lakin bu il qitədə sığınacaq müraciəti edən Suriya vətəndaşlarının sayı yarıbayarı azalıb.

Son 3 ayda isə vətənə qayıdan suriyalıların sayı artır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər