Avropada meşə pişikləri yenidən peyda oldu
Dünya
17.01.2026 16:15
Avropada bir vaxtlar geniş yayılmış, lakin sonradan demək olar ki, tamamilə yoxa çıxmış yırtıcı növ — meşə pişikləri yenidən müşahidə olunmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Bildirilir ki, meşə pişikləri zahirən ev pişiklərinə çox bənzəsə də, ölçü baxımından bir qədər böyükdürlər. Onları digər heyvanlardan fərqləndirən əsas xüsusiyyət isə son dərəcə gizli həyat tərzi sürmələridir. Məhz bu xüsusiyyət onların tam məhv edilməkdən xilas olmasına kömək edib. Avropanın bəzi bölgələrində meşə pişikləri onilliklər ərzində görünmədiyi üçün nəsli kəsilmiş hesab edilirdi, lakin əslində onlar sadəcə çox yaxşı gizlənirdilər.
İtaliyalı bioloq Andrea de Giovanni bu vəziyyəti belə izah edib:
“Digər heyvanlar adətən eyni cığırlarla hərəkət edir. Meşə pişikləri isə istədikləri yerdə gəzir”.
Qiymət Mahir
tag: Avropa,Meşə pişikləri,Təbiət,Bioloq,Todaypress.tv,
