Avropa Rusiya aktivlərinin müsadirəsi məsələsinə qayıdır
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ilə bağlı müzakirələri bərpa etməlidir”.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas İttifaqa üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün ardınca keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, xarici siyasət idarələrinin rəhbərləri Ukraynaya 90 milyard avro ayrılması ilə bağlı kompromis tapa bilməyiblər. Kallas belə bir vəziyyət üçün Aİ-nin B planının olub-olmadığı sualına cavab olaraq qeyd edib ki, Rusiya aktivlərindən istifadə edilə bilər.
Aysel Mətləb