Avropa nümayəndələrinin Cenevrədəki danışıqlara qatıldığı ehtimal olunur
Dünya
17.02.2026 22:20
Cenevrədə keçiriləcək sülh danışıqlarına bir neçə Avropa ölkəsinin nümayəndələri qatılır.
TodayPress TV xəbər verir ki, onların danışqlarda birbaşa və ya müşahidəçi kimi iştirak etdikləri məlum deyil.
Rəsmi məlumatlara görə, İsveçrəyə Rusiyanın, Ukraynanın və ABŞ-nin nümayəndə heyətləri gəlib. Eyni heyətlər Əbu-Dabidə müharibəni dayandırmaqla bağlı əvvəlki danışıqlarda da iştirak etmişdilər.
Ukrayna ictimai yayım xidməti “Suspilne” yazır ki, danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin Böyük Britaniya, Almaniya, Fransa və mümkünsə ABŞ nümayəndələri ilə görüşü gözlənilir.
Belə görüşlər ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin üçtərəfli görüşündən sonra baş tuta bilər.
“France Presse” agentliyinin məlumatına görə, Britaniya, Almaniya və Fransanın nümayəndələri ilə yanaşı, Cenevrədə İtaliya hökumətindən də rəsmi şəxslər iştirak edir.
Aysel Mətləb
tag: Avropa,Ukrayna,ABŞ,Rusiya,Cenevrə,Todaypress.tv,
