Avropa İttifaqı Rusiyaya qarşı “enerji silahını” işə saldı
Avropa Parlamenti oktyabrın 16-da Avropa Komissiyasının təklifinə dair ilk səsvermə keçirəcək.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, təklifə əsasən, Avropa İttifaqı ölkələrinə Rusiyadan neft və qazın bütün formalarda alınmasına tam və daimi qadağa qoyulması planlaşdırılır.
AP-nin Sənaye və Energetika Komitəsinin məlumatına görə, səsvermə enerji sisteminin yenidən qurulmasına dair reqlament layihəsi çərçivəsində aparılacaq.
Əsas dəyişiklik 2028-ci ildən etibarən Aİ ölkələrinin Rusiyadan istənilən növ neft, qaz və neft məhsulu idxalını dayandırmasını nəzərdə tutur.
Jalə Rövşən