Avropa İttifaqı ilk “Kosmos Aktı”nı işə salacaq
Avropa İttifaqı (Aİ) kosmos sahəsində təhlükəsizliyi artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə ilk “Kosmos Aktı”nı təqdim etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib.
"Yeni qanunvericilik təşəbbüsü səmanı daha təhlükəsiz edəcək, peyklərimizi qoruyacaq və Aİ-nin kosmos iqtisadiyyatını gücləndirəcək. Biz kosmos innovasiyalarının növbəti dövrünə hazırlaşırıq — daha sürətli, ağıllı və ekoloji təmiz şəkildə”, - deyə o əlavə edib.
Töhfə Səməd