Avropa ABŞ-dən xəyanət deyil, birbaşa düşmənçilik gözləyir

Dünya

28.01.2026 16:53

"Avropalı müttəfiqlər ABŞ-nin mümkün xəyanətindən qorxmaq mərhələsindən çıxaraq Vaşinqtonun birbaşa düşmənçiliyindən ehtiyat etməyə başlayıb".

TodayPress TV xəbər verir ki, bu fikri "Financial Times" nəşrinə Avropa İttifaqının Parisdə yerləşən Strateji Araşdırmalar İnstitutunun direktoru Stiven Everts bildirib.

Onun sözlərinə görə, hazırda Avropada artıq başqa sual müzakirə olunur:

“Biz ümumiyyətlə ABŞ-nin verdiyi təhlükəsizlik zəmanətlərinə etibar edə bilərikmi?”

Ekspert vurğulayıb ki, bu vəziyyət avropalıları əvvəllər ağlagəlməz sayılan ssenarilər barədə düşünməyə vadar edir. Söhbət artıq sazişlərin dəyişdirilməsindən deyil, Avropanın “qismən düşmən münasibət göstərən Amerika ilə tək qalması” ehtimalından gedir.

Everts hesab edir ki, Vaşinqtonda administrasiyanın dəyişməsi fundamental dönüş yaradıb. Onun fikrincə, Avropa paytaxtları üçün əsas sual artıq ABŞ-nin etibarlı tərəfdaş olub-olmaması deyil, Vaşinqtonun transatlantik təhlükəsizlik üçün potensial təhdid mənbəyinə çevrilib-çevrilməməsidir.

Qiymət Mahir

tag: ABŞ,Avropa,Paris,Amerika ,Todaypress.tv,