Aviasiya yanacağı REKORD SƏVİYYƏDƏ bahalaşdı
Dünya
29.04.2026 20:00
2026-cı ilin martında aviasiya yanacağı kəskin bahalaşaraq son 23 ilin ən yüksək səviyyəsinə çatıb. 106% artım neft qiymətlərinin 43,1% bahalaşması fonunda baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "IATA" hesabatında qeyd edilib.
Assosiasiyanın baş direktoru Villi Volş qeyd edib ki, 2026-cı ilin martında hava ilə qlobal yük daşımalara tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azalıb. Onun sözlərinə görə, azalmaya əsas səbəb Fars körfəzi ölkələrində yerləşən böyük nəqliyyat mərkəzlərinin fəaliyyətinin hərbi münaqişə nəticəsində ciddi şəkildə pozulmasıdır. Bundan əlavə, biznes fəallığında mövsümi eniş də tələbin azalması da prosesə təsir göstərib.
Villi Volş vurğulayıb ki, hazırda əsas diqqət aviasiya yanacağının tədarükü və qiymətləri ilə bağlıdır və bu amillərin yaxın aylarda bütün aviasiya sənayesi üçün ciddi sınaq yaradacağı gözlənilir.
IATA-nın məlumatına görə, performansda ən kəskin azalma Yaxın Şərq aviadaşıyıcılarında qeydə alınıb. Bu regionda yük daşımalarına tələb 54,3% azalıb, daşınma tutumu isə 52,4% enib.
tag: Təyyarə,Aviasiya,Yanacaq,Bahalaşma,Todaypress.tv,
