ATƏT-in 32-ci iclası Vyanada baş tutacaq

ATƏT-in 32-ci iclası Vyanada baş tutacaq
16.10.2025 17:50 Dünya

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası 4-5 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, iclas ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə təşkil olunacaq və 57 iştirakçı dövlətin, həmçinin 11 tərəfdaş ölkənin xarici işlər nazirlərini bir araya gətirəcək.

Məlumatda qeyd olunub ki, bu il ilk dəfə ATƏT sədri iclası təşkilatın mənzil-qərargahı yerləşən Vyanada keçirir (Avstriya istisna olmaqla). Bu qərar iştirakçı dövlətlər və Katiblik üçün səyahət xərclərini azaltmaq, həmçinin tədbirin ətraf mühitə təsirini minimuma endirmək məqsədini daşıyır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər