"Atəşkəs" deyildi, amma Hörmüz hələ də qapalıdır

"Atəşkəs" deyildi, amma Hörmüz hələ də qapalıdır
08.04.2026 16:36 Dünya

İranda elan olunan atəşkəsə baxmayaraq, Hörmüz boğazında gəmiçilik tam bərpa olunmayıb.

TodayPress TV "The Independent"ə istinadən xəbər verir ki, bunu nəşrin danışdığı analitiklər bildirib.

Onların sözlərinə görə, vəziyyət hələ də qeyri-sabit olaraq qalır və gəmiçilik əvvəlki səviyyəyə tezliklə qayıtmayacaq:

“Boğazda vəziyyət son dərəcə dəyişkəndir və atəşkəsə baxmayaraq, sürətli bərpa gözlənilmir”.

Qeyd edək ki, Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə razılığa yaxınlaşıb və Tehran tərəfindən təqdim olunan 10 maddəlik təklif danışıqlar üçün əsas kimi nəzərdən keçirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər