Armen Qriqoryan Əraqçi ilə görüşdü

Armen Qriqoryan Əraqçi ilə görüşdü
17.05.2025 11:20 Dünya

Ermənistan Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfəri çərçivəsində İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb. 

Görüşdə tərəflər ikitərəfli münasibətlər və regional məsələlər barədə müzakirələr aparıb. 

Qeyd edək ki, Qriqoryan “Tehran Dialoq Forumu 2025”ə qatılmaq üçün İranda səfərdədir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər