"Apple"ın 50 illiyinə həsr olunmuş "iPhone" təqdim olundu
Dünya
24.03.2026 18:45
"Apple"ın 50 illiyi münasibətilə xüsusi dizaynlı "iPhone" modellərindən ibarət yeni kolleksiya təqdim edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Caviar" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Kolleksiyanın əsas modeli "iPhone 17 Pro" “Steve Jobs” versiyasıdır. Qurğu 2007-ci ildə təqdim edilən ilk "iPhone"un üslubunda hazırlanıb və korpusunda "Apple"ın qurucusunun qara sviterindən fraqment yerləşdirilib.
Smartfon qara-gümüş rəngdə dizayn olunub, üzərində xüsusi qravirovkalar və yuxarı hissəyə yerləşdirilmiş "Apple" loqosu var. Mərkəzdə isə sertifikatla təsdiqlənmiş parça hissəsi olan titan loqo yerləşir.
Kolleksiyaya əlavə olaraq iki model də daxildir:
— “Qara Alma” — qara titan və karbon materialdan hazırlanmış minimalist dizaynlı versiya
— “Qızıl Alma” — karbon tekstura və 18 karat qızıldan hazırlanmış həcmli loqo ilə təqdim olunur
Bildirilib ki, kolleksiya məhdud sayda istehsal edilib:
— “Steve Jobs” modeli cəmi 9 ədəd
— digər iki model isə 50 ədəd buraxılıb
Smartfonların başlanğıc qiyməti 4800 dollar təşkil edir.
Qiymət Mahir
tag: Apple,Caviar,iPhone ,Qurğu,TodayPress TV,
