"Apple" şirkəti "App Store" qaydalarını sərtləşdirdi
Dünya
09.02.2026 18:15
"Apple" xəbərdarlıq etmədən App Store-dan anonim söhbət tətbiqlərini silməyə başlayacaq.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi veb saytında məlumat verilib.
Dəyişikliklər xüsusilə təhlükəsizlik və istifadəçi məzmunu bölməsinə təsir edib. "Apple" bildirir ki, bu cür tətbiqlər əqli mülkiyyət hüquqlarının pozulmasından anonim zorakılığa qədər müxtəlif risklər yaradır. Buna görə də şirkət daxili hesabat alətləri, aktiv moderasiya və etiraz doğuran məzmunun süzgəcdən keçirilməsini tələb edir.
Qaydaların yeni versiyasında "Apple" açıq şəkildə bildirir ki, əsasən pornoqrafik məzmun yerləşdirmək üçün istifadə olunan xidmətlər, həmçinin Chatroulette, anonim və təsadüfi söhbət tətbiqləri, real insanları obyektivləşdirən xidmətlər, fiziki təhdid və ya təcavüz xarakterli tətbiqlər App Store-da olmamalıdır və xəbərdarlıq edilmədən silinə bilər.
Siyasətin sərtləşdirilməsinin fonunda, "Apple" və "Google" şirkətlərinin 2025-ci ildə Avstraliya tənzimləyicisinin anonim platformalarda uşaqlar üçün risklər barədə xəbərdarlığından sonra "OmeTV" video söhbət xidmətini ləğv etməsi qərarı dayanır.
Jalə Rövşən
tag: Apple ,App Store ,Chatroulette,"Google",Todaypress.tv,
