Altayda hökumət istefaya göndərildi

Altayda hökumət istefaya göndərildi
09.06.2025 09:20 Dünya

Altay Respublikasının rəhbəri Andrey Turçak hökumətin istefası ilə bağlı fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat verib.

Rusiya Federasiyasının yeni Konstitusiya müddəalarına əsasən, hökumət başçısı, onun müavinləri və nazirlər mütləq şəkildə Dövlət Məclisinin deputatları ilə razılaşdırılmalıdır.

Turçak bildirib ki, bu gündən etibarən nazir kabineti vəzifələrinin icrasını müvəqqəti qaydada davam etdirəcək. O, yeni hökumət tərkibini bu həftə təqdim etməyi planlaşdırır. Namizədlər 24 iyunda keçiriləcək sessiyada müzakirəyə çıxarılacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər