Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI

Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI
16.08.2026 18:45 Dünya

Almaniya kansleri Fridrix Mertsin hökuməti ölkəni tərk etməli olan miqrantların deportasiyasının sayını əhəmiyyətli dərəcədə artırmaq vədinə əməl etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

2026-cı ilin ilk yarısında ölkədən 9 663 miqrant deportasiya edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə (11 807) 18% azdır.

Hazırda Almaniyada ölkəni tərk etməli olan 230 mindən çox əcnəbi var. Onlara qaçqın statusunu getdikcə daha çox itirən minlərlə suriyalı da əlavə olunur.

Apreldə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt əfqanların "demək olar ki, hər həftə" Kabula deportasiya edilməsi niyyətində olduğunu bildirib. Lakin dörd ay ərzində oraya cəmi 96 nəfər deportasiya edilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər