Almaniya yeni tərəfdaşlar axtarır

Dünya

27.01.2026 17:45

Almaniya dəyişən qlobal nizam şəraitində yeni tərəfdaşlar tapmağa çalışmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatına əsasən Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe açıqlama verib.

O bildirib ki, dünya daha qeyri-müəyyən mərhələyə daxil olub və əvvəllər etibar edilən, güvənilən ittifaqlar zəifləməyə başlayır.

Nazirin sözlərinə görə, bu vəziyyət mövcud tərəfdaşlardan imtina etmək demək deyil, əksinə, çətinliklərə baxmayaraq əməkdaşlığı davam etdirməklə yanaşı, yeni tərəfdaşların da axtarılmasını zəruri edir. Rayxe potensial istiqamətlər sırasında Cənubi Amerika, Hindistan, Yaxın Şərq, Kanada, Avstraliya və Asiya ölkələrini, o cümlədən Malayziyanı qeyd edib.

Agentlik vurğulayır ki, bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın Kanada və Avropa İttifaqı kimi əsas müttəfiqlərə qarşı rüsumlar tətbiq etməsindən sonra ABŞ-nin gələcəkdə hansı rolu oynayacağı ilə bağlı artan qeyri-müəyyənliyi əks etdirir.

Qiymət Mahir

tag: Almaniya ,Hindistan,Yaxın Şərq,ABŞ ,Todaypress.tv,