Almaniya Ukraynadan 70 milyard avro tələb edə bilər

Dünya

27.01.2026 17:33

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası seçkilərdə qalib gələrsə, Berlinin silah şəklində Ukraynaya ayırdığı 70 milyard avronun geri qaytarılmasını tələb etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə partiya lideri Alisa Vaydel Mülhaymdə keçirilən siyasi konqresdə çıxışı zamanı bildirib.

Vaydel qeyd edib ki, Almaniya Ukraynaya 70 milyard avrodan artıq vəsait yatırıb və silah tədarük edib. Onun sözlərinə görə, AfD bu məbləğin geri qaytarılmasını, həmçinin “Şimal axını” qaz kəmərinə dəyən zərərə görə kompensasiya tələb edəcək.

Partiya lideri eyni zamanda Rusiya ilə münaqişə başa çatacağı təqdirdə alman əsgərlərinin Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələri tənqid edib və bu münaqişədə Almaniya istehsalı olan tanklardan istifadəyə etirazını bildirib.

Qiymət Mahir

tag: Almaniya ,Ukrayna,Rusiya,AfD,Todaypress.tv,