Almaniya Sülh Şurasında iştirak etməkdən imtina etdi
Dünya
24.01.2026 14:00
Almaniya ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasında iştirak etmək niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Romada İtaliyanın Baş naziri Corca Meloni ilə birgə mətbuat konfransında açıqlayıb.
Mertsin sözlərinə görə, o, bir neçə həftə əvvəl Trampa bildirib ki, əgər Sülh Şurası əvvəlcə planlaşdırıldığı kimi Qəzza zolağında sülh müqavilələrinə riayət olunmasını izləyəcəksə, ona qoşulmağa hazırdır.
“Trampın hazırda bu qurumu planlaşdırdığı formada, Almaniya konstitusiya qanunvericiliyi səbəbləri də daxil olmaqla, təkbaşına idarəetmə strukturlarını belə qəbul edə bilmərik", - deyə Almaniya hökumətinin başçısı izah edib.
O, həmçinin bildirib ki, Almaniya ABŞ ilə yeni əməkdaşlıq formalarını araşdırmağa hazırdır.
Aysel Mətləb
tag: Almaniya ,Sülh Şurası,Tramp,Merts ,Todaypress.tv,
