Almaniya Şimali Koreyaya 1 nəfərlik “böyük qüvvə” göndərir
Almaniya Şimali Koreya ilə sərhəddə hərbi iştirakını artırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, “BILD”in məlumatına görə, hazırda bölgədə bir alman hərbçi xidmət edir. Berlin bu sayını iki hərbçiyə çatdıracaq.
Qeyd olunur ki, söhbət Almaniyanın Koreya yarımadasında atəşkəs rejiminə nəzarət edən mexanizmdə iştirakı çərçivəsindəki hərbi personalından gedir.
Kübra Musayeva