Almaniya Şimal axını partlayışları ilə bağlı siyasi nəticələrə işarə etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Şimal axını” qaz kəmərlərinə edilən hücumlarla bağlı istintaqın siyasi nəticələr doğura biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Vadeful bu barədə Estoniya XİN rəhbəri Marqus Saxknayla görüşündə danışıb.
Almaniya XİN-in yayımladığı görüntülərdə o deyib:
“Hüquqi dövlət olaraq biz istintaqın nəticələrini gözləməliyik. Nəticələr təqdim ediləndən sonra mən qiymət verə və zərurət yaranarsa, siyasi nəticələr çıxara biləcəyəm”.
Qiymət Mahir