Almaniya məcburi hərbi xidməti bərpa edə bilər

Almaniya məcburi hərbi xidməti bərpa edə bilər
09.06.2025 15:10 Dünya

Almaniya hökuməti orduda (Bundesver) kifayət qədər könüllü olmadığı təqdirdə məcburi hərbi xidməti bərpa etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Xristian Demokratik İttifaqının (CDU) yüksək vəzifəli üzvləri məlumat veriblər.

Parlamentin müdafiə komitəsinin üzvü Tomas Erndl bildirib ki, əgər NATO-nun yeni müdafiə planları fonunda ordunun ehtiyacları yalnız könüllülərlə qarşılanmazsa, məcburi hərbi xidmət tətbiq edilə bilər.

Bildirilir ki, Almaniyanın silahlı qüvvələri ciddi kadr çatışmazlığı yaşayır və Berlin ordunu gücləndirmək üçün yeni yollar axtarır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər