Almaniya kansleri israillilərin qətliamını pislədi

Almaniya kansleri israillilərin qətliamını pislədi
22.05.2025 13:10 Dünya

Almaniya kansleri Fridrix Merts Vaşinqtonda Yəhudi Muzeyi qarşısında iki israilli diplomatın öldürülməsini pisləyib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndiki mərhələdə biz antisemit motivlərin mövcudluğunu güman etməliyik. Mən bu iyrənc hərəkəti ən kəskin şəkildə pisləyirəm” o vurğulayıb.

Merts İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib. O, diplomatların ailələrinə başsağlığı verib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər