Almaniya ABŞ-Rusiya münasibətlərindən narahatdır

Almaniya ABŞ-Rusiya münasibətlərindən narahatdır
22.05.2025 18:33 Dünya

Almaniya hökuməti, ABŞ-nin Rusiya ilə gizli razılaşma əldə edəcəyindən və sanksiyaları birtərəfli şəkildə ləğv edəcəyindən narahatdır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Almaniya üçün ən pis ssenari ABŞ-nin Ukraynanı tək buraxması, Rusiyaya qarşı sanksiyaları dayandırması və onunla ticarət əlaqələrini bərpa etməsidir.

Həmçinin bildirilir ki, Vaşinqtonun Ukraynaya marağının azaldığı görünür və ABŞ-nin Rusiya ilə ikitərəfli danışıqlar apardığı ehtimal edilir. Eyni zamanda, Moskva da münasibətlərin normallaşmasında maraqlı olduğunu açıq şəkildə ifadə edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər