Alman siyasətçi Krımda yaşamaq istəyini açıqladı

Alman siyasətçi Krımda yaşamaq istəyini açıqladı
28.01.2026 12:46 Dünya

Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer Krımda yaşamaq istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Nimayer bu barədə "RİA"ya açıqlamasında danışıb.

O qeyd edib ki, Avropanın bir sıra ölkələrində — Fransa, Niderland və Almaniyada fermerlər hökumətlərin siyasətindən ciddi narazıdırlar.

“Almaniyada bir çox fermerlər Aİ-nin siyasətindən o qədər məyusdur ki, köçmək barədə danışırlar. Mən bilirəm ki, onlar Rusiyaya köçməkdən çəkinmirlər. Gələcəkdə Avropadan miqrasiya dalğası mümkündür və mən də bu dalğada olmaq istəyirəm”, — deyə o bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər