Alimlər Yerdə gecənin daha parlaq olduğunu aşkar ediblər
Dünya
12.04.2026 17:20
Yer kürəsinin gecə işıqlanması ümumilikdə artır, lakin bu proses bərabər getmir.
TodayPress TV xəbər verir ki, alimlər NASA və NOAA peyk məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər. Araşdırma "Nature" jurnalında dərc olunub.
Məlumata görə, Yer kürəsinin gecə tərəfi daim dəyişir və sabit artım müşahidə olunmur.
Bildirilir ki, işıq bəzi bölgələrdə sürətlə artır, digərlərində isə azalır:
“İşıq xəritədə yaranır, yox olur və yenidən paylanır, bu isə iqtisadi, sosial və təbii prosesləri əks etdirir”.
Tədqiqat göstərir ki, 2014–2022-ci illərdə qlobal gecə işıqlanması hər il təxminən 2% artıb və ümumi artım 16% təşkil edib.
Qeyd olunur ki, inkişaf edən ölkələrdə, xüsusilə Çin və Hindistanda işıqlanma urbanizasiya və infrastrukturun genişlənməsi ilə bağlı artır.
Eyni zamanda bəzi regionlarda əks tendensiya müşahidə olunur:
“Bəzi ölkələrdə enerjiyə qənaət siyasəti və ya böhranlar səbəbindən işıqlanma azalır”.
Alimlər vurğulayır ki, müharibələr, təbii fəlakətlər və ya lokdaunlar bütöv şəhərlərin bir gecədə “qaranlığa qərq olmasına” səbəb ola bilər.
Araşdırmaya görə, gecə işıqlanması artıq regionların inkişafını və böhranların təsirini izləmək üçün mühüm alətə çevrilib.
Qiymət Mahir
tag: Araşdırma ,NASA ,NOAA ,Yer ,TodayPress TV,
