Albinos köpəkbalığı aşkar edildi
Dünya
05.01.2026 19:00
Alimlər Kosta Rika sahillərində tutulmuş tibb bacısı köpəkbalığında son dərəcə nadir rast gəlinən piqmentasiya pozğunluğunu qeydə alıblar.
TodayPress TV bu barədə "Marine Biomüxtəliflik" jurnalında dərc olunub.
Araşdırmaya görə, köpəkbalığında həm albinizm, həm də ksantorizm eyni anda müşahidə edilib. Bu hal bu növdə ilk dəfə sənədləşdirilib.
Qeyri-adi köpəkbalığı 10 avqust 2024-cü ildə Tortuguero Milli Parkı yaxınlığında, təxminən 37 metr dərinlikdə tutulub. Təxminən 2 metr uzunluğunda olan dişi balığın dərisi qızılı-sarı, gözləri isə ağ rəngdə olub ki, bu da növ üçün xarakterik olmayan görünüşdür.
Köpəkbalığı ölçülərək və fotoşəkilləri çəkilərək elmi məqsədlərlə sənədləşdirilib, daha sonra isə yenidən dənizə buraxılıb. Alimlərin təhlilinə görə, bu vəziyyət “albinoksantokromiya” adlanır və iki fərqli piqmentasiya pozğunluğunun çox nadir birləşməsidir.
Mütəxəssislər bildirirlər ki, belə fərqli rənglənmə heyvanları təbiətdə daha görünən edə və sağ qalma şansını azalda bilər. Buna baxmayaraq, aşkar edilən köpəkbalığı sağlam vəziyyətdə olub.
Bu tapıntı alimlərin köpəkbalıqlarda və digər dəniz canlılarında genetik müxtəliflik haqqında biliklərini genişləndirir və okeanlarda hələ də kəşf edilməmiş nadir hadisələrin mövcud olduğunu göstərir.
Türkan İsgəndərli
tag: Köpəkbalığı,Albinos,Rəng,Elm,Todaypress.tv,
