Aİ Ukraynaya daha 1 milyard ayırdı

Aİ Ukraynaya daha 1 milyard ayırdı
13.06.2025 14:36 Dünya

Avropa İttifaqı Ukraynaya daha 1 milyard avro dəyərində makromaliyyə yardımı ayırıb. Bununla da Aİ-nin Kiyevə ümumi dəstəyi 150 milyard avroya çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində açıqlama verib.

“Bu gün Aİ Ukraynaya daha 1 milyard avro makromaliyyə yardımı köçürdü və bununla ümumi dəstək 150 milyard avroya çatdı”, – deyə o bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər