Aİ Trampın tariflərin ləğvi ilə bağlı açıqlamasına şübhə ilə yanaşır

Dünya

22.01.2026 11:45

Avropa İttifaqı (Aİ) rəsmiləri ABŞ Prezidenti Donald Trampın Ağ Evin təhdidləri qarşısında Danimarkanı dəstəkləyən ölkələrin mallarına tarif tətbiq etmək təhdidini geri götürəcəyi barədə verdiyi açıqlamaya şübhə ilə yanaşıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Almaniyanın vitse-kansleri Lars Klinqbeyl hesab edir ki, ABŞ və Aİ arasında yaranan münaqişənin bitdiyinə dair nəticə çıxarmaq üçün hələ tezdir.

"Mübahisələrlə dolu son bir neçə gündən sonra NATO-nun Baş katibi Mark Rutte ilə Tramp arasında hansı əsaslı razılaşmaların əldə olunacağını gözləməliyik", - deyə o bildirib.

Həmçinin Qrenlandiya danışıqlarında iştirak edən Aİ nümayəndəsi “Politico”ya verdiyi açıqlamasında vurğulayıb ki, sosial media paylaşımlarına əsaslanaraq həyatımızı yaşaya və ya ölkələrimizi idarə edə bilmərik.

Xatırladaq ki, Ağ Ev lideri daha əvvəl Vaşinqton Qrenlandiyanı alana qədər bir sıra Avropa ölkələrinə tariflər tətbiq edəcəyini açıqlayıb. 

Onun sözlərinə görə, 1 fevral 2026-cı il tarixindən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiya ABŞ-yə göndərilən bütün mallara 10% rüsum tətbiq edəcək. 

Bu fonda bir sıra Aİ ölkələri ABŞ-yə cavab vermək üçün variantlar hazırlamağa başlayıblar. 

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,ABŞ ,Tramp,Rüsum,Todaypress.tv,