Aİ Tramp ilə qarşıdurmaya hazırlaşır
Dünya
08.01.2026 13:22
Avropa İttifaqı (Aİ) tərkibində ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ritorikasının sərtləşməsi fonunda onunla mümkün birbaşa qarşıdurmaya hazırlaşmaq çağırışları səsləndirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrə danışan və adı açıqlanmayan Aİ diplomatı bildirib ki, İttifaq Tramp ilə birbaşa qarşıdurmaya hazır olmalıdır.
"O, aqressiv mövqedədir və buna hazırlıqlı olmalıyıq”, - deyə diplomat bildirib.
Məlumata görə, əvvəllər Avropa hökumətləri Trampın təhdidlərini kifayət qədər ciddi qəbul etməsə də, hazırda bu təhlükəni dərk edir və onu dayandırmaq üçün çıxış yolu axtarırlar.
Xatırladaq ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməli olduğunu bildirib və 2025-ci ilin mayında “NBC News” telekanalına müsahibəsində bu məsələ ilə bağlı güc tətbiqini istisna etməyib.
Həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Livitt yanvarın 7-də Trampın Qrenlandiyanın alınması imkanını fəal şəkildə müzakirə etdiyini açıqlayıb.
Aysel Mətləb
tag: Tramp,Aİ,Qarşıdurma,Qrenlandiya,Todaypress.tv,
