Aİ səfiri: “Gürcüstan Aİ-yə üzv olmaq şansını uzun müddət itirə bilər”
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib ki, Tbilisi Avropa İttifaqına üzv olmaq imkanını uzun müddətə itirə bilər.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomat Batumidə Avropa Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, Gürcüstanın Avrointeqrasiya prosesinin faktiki olaraq dayandığını təəssüflə qeyd edib.
Gerçinski Gürcüstanla Aİ arasında uzun və uğurlu tərəfdaşlıq tarixinin olduğunu, bu münasibətlərin gürcü xalqına ciddi faydalar gətirdiyini vurğulayıb.
Qiymət Mahir