Aİ Rusiya neftinin qiymət limitini aşağı salacaq
Dünya
15.01.2026 12:50
Avropa İttifaqı (Aİ) Rusiya neftinin qiymətinin yuxarı həddini fevralın 1-dən etibarən 44,1 dollar səviyyəsinə endirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlərə müəyyən edilmiş limitdən artıq satılan Rusiya neftinin tədarükü üçün nəqliyyat, sığorta və maliyyə xidmətlərinin göstərilməsinə qadağa daxildir.
Aİ vurğulayıb ki, mexanizm bazar şərtləri və məhdudlaşdırıcı tədbirlərin effektivliyi nəzərə alınmaqla yenidən nəzərdən keçiriləcək.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayının əvvəlində G7 üzv ölkələri, eləcə də Avstraliya və Aİ Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq edərək, maksimum səviyyəni bir barel üçün 60 dollar olaraq təyin edib.
2023-cü ilin fevral ayından etibarən bu ölkələr Rusiya neft məhsullarına yeni qiymət həddi tətbiq edib.
2025-ci ilin sentyabr ayında isə qiymət həddi barel üçün 47,6 dollara endirilib.
Aysel Mətləb
tag: Aİ,Rusiya,Neft,Qiymət,Todaypress.tv,
