Aİ rəsmisi: "Putin Avropaya miqrasiyanın əsas səbəbidir"
Dünya
24.03.2026 13:45
Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmisi Rusiyanın Prezidenti Vladimir Putini Avropaya miqrasiya axınının əsas səbəblərindən biri kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner "Financial Times" qəzetinə açıqlamasında bildirib.
“Bu genişmiqyaslı miqrasiya proseslərində həmişə Putin var. Həmişə Vladimir Putin”, — deyə o qeyd edib.
Brunnerin sözlərinə görə, Suriyada 2011-ci ildə başlayan müharibədə Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləməsi nəticəsində milyonlarla insan Avropaya üz tutub. 2015–2016-cı illərdə 2 milyondan çox suriyalı Aİ-də sığınacaq üçün müraciət edib.
O əlavə edib ki, Ukrayna müharibəsindən sonra isə 4,3 milyon ukraynalı Avropa İttifaqında müvəqqəti qoruma statusu alıb.
Brunner bildirib ki, İran ətrafında baş verən hadisələrdə də Moskvanın Tehrana dəstək verdiyini iddia edib və nəticədə Putini “Avropaya miqrasiyanın ən böyük hərəkətverici qüvvəsi” adlandırıb.
Bununla yanaşı, o qeyd edib ki, hazırda İrandan Aİ-yə ciddi miqrasiya axını müşahidə olunmur, lakin vəziyyətin sürətlə dəyişə biləcəyi vurğulanıb.
Qiymət Mahir
tag: Avropa ,Aİ,Rusiya,Vladimir Putin,TodayPress TV,
