Aİ ölkələri Vladimir Putinlə birbaşa danışıqları bərpa edib-etməmək məsələsində razılığa gələ bilməyiblər.
TodayPress TV "Politico"ya istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər naziri İvet Kuper bildirib.
Onun sözlərinə görə, Putinin sülh istədiyinə dair kifayət qədər dəlil yoxdur və Moskvaya təzyiq azaldılmamalıdır, əksinə sanksiyalar və Ukraynaya hərbi dəstək artırılmalıdır.
Fransa Prezidenti Emmanuel Makron əvvəlcə Rusiya ilə dialoqun bərpasından fayda görəcəyini demişdi, lakin hələ iki dövlət başçısı arasında danışıqların hazırlıqları başlamayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Aİ-nin Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə təyin etməsini təklif edib. Avropa Komissiyası isə bu təşəbbüsü dəstəkləyir. Məqsəd ABŞ-nin Rusiya ilə sövdələşmə aparmasının qarşısını almaqdır.
Jalə Rövşən
