Aİ NATO-nu avropalaşdırmağa çağırdı

Dünya

28.01.2026 16:08

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin diqqətini Asiya–Sakit okean regionuna və Çinlə qarşıdurmaya yönəltməsi fonunda NATO-nun getdikcə daha çox avropalaşdırılmasına çağırıb.

TodayPress TV xəbər verir ki, Kallas bu fikirləri Brüsseldə Avropa Müdafiə Agentliyinin konfransında çıxışı zamanı səsləndirib.

O, faktiki olaraq Aİ ilə Şimali Atlantika Alyansının yaxınlaşmasını təklif edib.

Onun sözlərinə görə, ABŞ Avropadan kənar bölgələrə daha çox fokuslandıqca NATO öz gücünü qorumaq üçün daha “avropa yönümlü” təşkilata çevrilməlidir.

“Bunun üçün Avropa hərəkətə keçməlidir”, — deyə o vurğulayıb.

Kallas qeyd edib ki, Aİ və NATO-ya eyni vaxtda üzv olan 23 ölkə hər iki strukturun fəaliyyətinin uzlaşdırılması baxımından “xüsusi məsuliyyət” daşıyır. O, Avropa İttifaqı ilə NATO arasında qarşılıqlı tamamlayıcılığın təmin olunmasını, alyansın Avropa komponentinin gücləndirilməsini və hərbi yükün tədricən ABŞ-dən Avropaya ötürülməsini vacib sayıb.

Qiymət Mahir

tag: NATO ,Kallas ,ABŞ ,Çin,Todaypress.tv,