Aİ liderləri Zelenskinin ABŞ səfərinin müzakirəsi ilə bağlı videokonfrans keçirdilər

Aİ liderləri Zelenskinin ABŞ səfərinin müzakirəsi ilə bağlı videokonfrans keçirdilər
31.12.2025 02:00 Dünya
Avropa İttifaqının (Aİ) rəhbərliyi və aparıcı ölkələrin liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşün nəticələrini müzakirə etmək üçün videokonfrans keçiriblər.

TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, müzakirələr Ukrayna Ordusunun Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etməsi barədə Kremlin iddiaları və bu səbəbdən Moskvanın danışıq mövqeyinin yenidən nəzərdən keçirilməsi haqqında bəyanatı fonunda baş tutub.

"Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi istiqamətində işimiz eyni sürətlə davam edir", - Niderlandın Baş naziri Dik Sxof "X" sosial şəbəkəsində yazıb.

Videokonfransda Almaniya Kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iştirak ediblər.

"Demək olar ki, bir gün keçib, amma Rusiya Ukraynanın guya Putinin iqamətgahına hücum etməsi ilə bağlı ittihamlarını təsdiqləyən heç bir inandırıcı sübut təqdim etməyib, və etməyəcək də. Çünki belə sübutlar yoxdur. Heç bir hücum olmayıb", - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Buna baxmayaraq, Hindistan, Pakistan, BƏƏ və Özbəkistan da daxil olmaqla bir neçə ölkə ehtimal olunan hücum cəhdini narahatlıqla qarşılayan və ya pisləyən bəyanatlarla çıxış edib.

Avropa liderləri ilə danışıqlarından sonra çıxış edən Tusk bildirib ki, bu genişmiqyaslı müharibənin başlanğıcından bəri ilk dəfə üfüqdə sülh görünür. O, ABŞ-nin müharibədən sonra Ukraynanın təhlükəsizliyinə dair zəmanətlər vermək öhdəliyini yüksək qiymətləndirib.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər